AZ

Almaniya klubu İspaniya çempionatında çıxış edən futbolçunu transfer edib

Almaniyanın "Bayer 04" klubu İspaniyanın "Sevilya" komandasının müdafiəçisi Loik Badeni transfer edib.

"Report" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. "Transfermarkt" portalı müqaviləni 25 milyon avro qiymətləndirib .

2024/25 mövsümündə Bade 33 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
0
1
report.az

2Mənbələr