AZ

“Liverpul” Rodriqo ilə maraqlanır


“Liverpul” “Real Madrid”in vingeri Rodriqo Qoesi almaq üçün səylərini artırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Pablo Oliveyra sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, İngiltərə nəhəngi braziliyalını klubdan ayrılan Luis Diazın əvəzləyicisi kimi görür.
Mənbənin məlumatına görə, hazırda Rodriqonun nümayəndələri danışıqlar aparmaq üçün Böyük Britaniyadadırlar. Braziliyalının “Liverpul”a keçmə ehtimalının həyəcanlı olduğu vurğulanır.
Hücumçu ötən mövsüm bütün turnirlərdə 54 matçda iştirak edib, 14 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, oyunçunun bazar dəyəri 90 milyon avrodur.
Seçilən
7
yeniavaz.com

1Mənbələr