AZ

“Liverpul”un müdafiəçisi zədələndi

“Liverpul”un futbolçusu Ceremi Frimponq zədələnib.

90deqiqe.Az-ın məlumatına görə, müdafiəçi Premyer Liqanın ilk turunda “Bornmut”la (4:2) keçirilən oyunun 60-cı dəqiqəsində əzələ ağrıları səbəbindən əvəzlənib.

Komandanın baş məşqçisi Arne Slot "BBC"yə açıqlamasında bildirib ki, tibbi heyət futbolçunun oyunu davam etdirməsinin riskli olduğunu deyib:

“Frimponqun vəziyyəti oyunu bitirməyə imkan vermirdi. Onu vaxtında meydandan çıxarmaq düzgün qərar oldu”.

Həkimlərin ilkin məlumatına görə, 23 yaşlı futbolçu yaxın günlərdə komandasına kömək edə bilməyəcək və yalnız sentyabrda keçiriləcək beynəlxalq fasilədən sonra sıraya dönə biləcək.

Seçilən
76
8
90deqiqe.az

9Mənbələr