AZ

Netanyahu müharibəni dayandırmaq üçün danışıqlara başlamaq əmrini verdi

BAKI, 21 avqust. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza şəhərinin ələ keçirilməsi planlarını təsdiqləmək üçün Qəzza zolağına gəlib.

Teleqraf xəbər verir ki, Baş nazirin Fələstin anklavında qeydə aldığı videomüraciət onun ofisi tərəfindən yayılıb.

İsrail lideri bildirib: “Qəzza zolağına İsrail ordusunun Qəzza şəhərini ələ keçirmək və HƏMAS-ı məğlub etmək planlarını təsdiqləmək üçün gəlmişəm. Eyni zamanda, bütün girovların azad edilməsi və İsrail üçün məqbul şərtlərlə müharibənin dayandırılması üçün dərhal danışıqlara başlamaq barədə göstəriş verdim. Qərar qəbul etmə mərhələsindəyik".

Seçilən
13
4
teleqraf.com

6Mənbələr