AZ

Astarada qəza törədən motosikletçi ölüb

Astarada qəza törədən motosikletçi ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə hadisə rayonun Züngüləş kəndində baş verib.

Belə ki, Ərçivan qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hüseyn Araz oğlu Əliyev idarə etdiyi motosikletlə İsti-Su yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet yol kənarındakı dirəyə çırpılıb.

H.Əliyev aldığı xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
6
report.az

10Mənbələr