Avropa İttifaqına daxil olan ölkələrin iqtisadiyyatının əsas sahələri spirtli içkilər ABŞ-yə idxala 15 % vergidən azad edilənlər siyahısına daxil edilməyib.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa İttifaqının ticarət komissarı Maroş Şefçoviç bildirib.
Bununla belə, o, Amerika tərəfi ilə bu məsələ ətrafında müzakirələrin davam etdiriləcəyinə əmin edib.
"Mən çox vacib bir söz əlavə etmək istərdim - indiyədək biz buna nail ola bilməmişik", - deyən komissar təşkilatın bu problemin həlli üçün müxtəlif yollar axtaracağını və danışıqların davam etdiriləcəyini qeyd edib. Onun sözlərinə görə, məsələnin tez həllini gözləmək lazım deyil.
ABŞ-nin alkoqol bazarı Aİ üçün çox vacibdir: keçən il Aİ ölkələri okeanın o tayına demək olar, 10 milyard avro dəyərində spirtli içkilər ixrac ediblər ki, bunun da yarısından çoxu şərab olub.
Avqustun əvvəlində rüsumların 10 %-dən 15 %-ə qaldırılmasından sonra Fransa, İtaliya, İspaniya, İrlandiya viski istehsalçıları və digər şərab istehsalçıları itkilərlə üzləşirlər. Onlar ABŞ tərəfdaşları ilə hələ də razılığa gələ biləcəklərinə ümid edirlər.