AZ

Astarada qəza törədənmotosikletçi ölüb

Astarada qəza törədən motosikletçi ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Züngüləş kəndində baş verib. Belə ki, Ərçivan qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hüseyn Araz oğlu Əliyev idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet yol kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində H.Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
6
avtosfer.az

10Mənbələr