AZ

Ağdərədəki yanğın Ağdam ərazisinə keçdi

Bu gün səhər saatlarından Ağdərə şəhər ərazisində dağlıq ərazidəki meşə massivində baş verən yanğının alovu genişlənərək Ağdam rayon Papravənd kəndi ərazisinə çatıb.

Axar.az xəbər verir ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili ilə əməkdaşları və Ağcabədi rayon yanğınsöndürən bölməsinin 1 avtomobili və şəxsi heyətinin cəlb olunub.

Hazırda yanğın genişlənməkdə davam edir.

Seçilən
29
3
axar.az

10Mənbələr