AZ

Makkartni “Beatles”ın yeni toplusunun anonsunu verdi


Bu payız Britaniyanın “The Beatles” rok qrupunun yeni “Anthology 4” kolleksiyası işıq üzü görəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə musiqiçi Pol Makkartni sosial şəbəkə hesabında məlumat yayıb.
“The Beatles”ın hekayəsi öz sözləri ilə. “Antologiya 2025” musiqi, kitab və Disney+ serialları bu payızda işıq üzü görəcək”, - Makkartni yazıb.
“Sky News” kanalının məlumatına görə, kolleksiya mahnıların, seans yazılarının və əvvəllər yayımlanmamış treklərin 13 demo versiyasından ibarət olacaq. Bundan əlavə, ilk dəfə 1995-ci ildə nümayiş etdirilən “The Beatles Anthology” sənədli seriyasının genişləndirilmiş versiyası payızda işıq üzü görəcək.
Seçilən
4
1
yeniavaz.com

2Mənbələr