AZ

Makkartni “Beatles”ın yeni toplusunun anonsunu verdi

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Bu payız Britaniyanın “The Beatles” rok qrupunun yeni “Anthology 4” kolleksiyası işıq üzü görəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə musiqiçi Pol Makkartni sosial şəbəkə hesabında məlumat yayıb.

“The Beatles”ın hekayəsi öz sözləri ilə. “Antologiya 2025” musiqi, kitab və Disney+ serialları bu payızda işıq üzü görəcək”, - Makkartni yazıb.

“Sky News” kanalının məlumatına görə, kolleksiya mahnıların, seans yazılarının və əvvəllər yayımlanmamış treklərin 13 demo versiyasından ibarət olacaq. Bundan əlavə, ilk dəfə 1995-ci ildə nümayiş etdirilən “The Beatles Anthology” sənədli seriyasının genişləndirilmiş versiyası payızda işıq üzü görəcək.

Qeyd edək ki, “Anthology 4” kolleksiyası 1995-1996-cı illərdə “Antologiya”nın ilk üç hissəsinin buraxılmasından təxminən 30 il sonra işıq üzü görəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
yeniavaz.com

2Mənbələr