AZ

Netanyahu Qəzzaya hərbi əməliyyatı təsdiqləmək üçün gəldiyini açıqlayıb

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına Fələstinin HƏMAS hərəkatını məğlub etməsi əməliyyatını təsdiqləmək üçün gəldiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin yaydığı məlumatda deyilir.

Netanyahu, eyni zamanda bütün girovların azad edilməsi və müharibənin dayandırılması üçün təcili danışıqların aparılmasına göstəriş verib.

"Qəzzanı ələ keçirmək və HƏMAS-ı məğlub etmək üçün İsrail Müdafiə Ordusunun mənə və müdafiə nazirinə təqdim etdiyi planları təsdiqləmək üçün zolağa gəldim. Eyni zamanda, oğurlanmış bütün vətəndaşlarımızı azad etmək və İsrail üçün məqbul şərtlərlə müharibəyə son qoymaq üçün dərhal danışıqlara başlamaq əmrini verdim", - Baş nazir bildirib.

Ordunun sözçüsü briqada generalı Efi Defrin avqustun 20-də bildirib ki, İsrail Müdafiə Ordusu Qəzza zolağında Gideonun arabaları əməliyyatının ikinci mərhələsinə başlayıb. Qoşunlar şəhərin kənarına nəzarəti ələ keçirərək, oranı mühasirəyə almağa hazırlaşır.

Seçilən
8
report.az

1Mənbələr