AZ

Ebereçi Eze “Arsenal”a keçir

“Kristal Pelas”ın cinah hücumçusu Ebereçi Eze “Arsenal”a keçməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi 27 yaşlı futbolçunun tibbi müayinəsini artıq 27 avqust üçün planlaşdırıb.

Buna görə də Eze UEFA Konfrans Liqasının play-off mərhələsində Norveçin “Fredrikstad” klubu ilə keçiriləcək ilk oyunda iştirak etməyəcək.

Matç bu gün, 21 avqust, Londonun “Selhurst Park” stadionunda baş tutacaq. Qərar futbolçunun baş məşqçi Oliver Qlasner ilə şəxsi söhbətindən sonra qəbul edilib.

Tərəflər artıq 69 milyon avro dəyərində razılığa yaxınlaşırlar.

Mətbuatın yazdığına görə, İngiltərə millisinin üzvünü əvvəlcə “Tottenhem” də istəmişdi, lakin “Arsenal” forvard Kay Haverts zədələndikdən sonra transfer yarışına qoşulub.

Seçilən
23
90deqiqe.az

1Mənbələr