AZ

Xərçəngin dərmanı Çia toxumları

Çia toxumları sağlam qidalardan biri olduğu üçün son illərdə ən çox tələbat yaranan bitkiyə çevrilindir. 

Asanlıqla həzm olunan və reseptlərə əlavə olunan çox yönlü tərkib hissəsinə malikdir. 

Hit.az xəbər verir ki, Təxminən 2 xörək qaşığı Çia toxumunun tərkibində 139 kalori, 4 qram protein, 9 qram yağ, 12 qram karbohidrat və 11 qram lif, həmçinin vitamin və minerallar var. 

Çia toxumları bitki əsaslı protein mənbələri arasında ən yüksək yerdədir. 

Bu super toxumun əzələ yağını yandırmaq, piy toxumasını parçalamaq və qan şəkərinin səviyyəsini sabitləşdirmək kimi xüsusi üstünlükləri vardır.

Çia toxumları xolesterin əleyhinə təsir göstərir. Çia toxumlarının iltihabı aradan qaldırmaq, xolesterolu tənzimləmək və qan təzyiqini aşağı salmaq qabiliyyəti ürək sağlamlığı üçün son dərəcə faydalıdır.

Həmçinin, oksidləşdirici stressi aradan qaldırır.

Müntəzəm olaraq Çia toxumu qəbul etdikdə, orqanizmdə ateroskleroz artma ehtimalı azalır. 

Çia toxumlarının tərkibində çox yüksək olan linoleik turşusu, bədəndə yağda həll olan A, D, E və K vitaminlərini mənimsəməyə kömək edən vasitədir. Kiçik bir toxumda sağlam yağlar olduqca yüksəkdir və qızılbalıqda olandan daha çox Omeqa-3 vardır. Omeqa-3 qan təzyiqini, pis xolesterolu və iltihabı azaltmaqla ürəyi qoruyur.  

Çia toxumları həmçinin, xərçəng əleyhinə də təsir göstərir.

Sevinc

Seçilən
15
hit.az

1Mənbələr