AZ

“Qarabağ” – “Ferensvaroş” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” – “Ferensvaroş” oyununun biletləri sabah satışa çıxarılır

İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) oyununun biletləri avqustun 22-i saat 14:30-dan etibarən satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

🗃 Satış məntəqələri:

📍 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

📍 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

📍 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Seçilən
6
49
idmanxeber.az

10Mənbələr