Ajans.az xəbər verir ki, sosial şəbəkələrdə təyyarənin alovlandığı anın görüntüləri əksini tapıb. Malayziya Kral Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarə Kuantandakı Sultan Hacı Əhməd Şah hava limanında uçuş-enmə zolağından qalxarkən alovlanıb. Qısa uçuşdan sonra yanan Hornet yerə çırpılıb. Hər iki pilot katapult edə bilib. Onlar hazırda xəstəxanadadırlar.
ABŞ istehsalı olan qırıcı təyyarənin qəzaya uğramasının dəqiq səbəbləri araşdırılır.