AZ

Hökümənin atası: HƏR ŞEY YAXŞI OLACAQ

Ajans.az xəbər verir ki, bu gün Prezidentlə görüşdə Azal təyyarəsinin bələdmisi, Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın ailəsi də iştirak edirdi.  Mərhumun atası görüşdə söz alaraq: "Cənab Prezident, cənab Ali Baş Komandan, çox hörmətli Mehriban xanım, Sizi kəlbəcərlilər adından salamlayırıq. Doğma yurdumuza xoş gəlmisiniz! Bütün çıxışlarınızı diqqətlə izlədik, bəyənirik, alqışlayırıq. Bütün bu hadisələrin qəhrəmanı Sizsiniz. Bir daha Sizə təşəkkür edirik. Bilirik ki, Kəlbəcər xalqı, Kəlbəcər camaatı aşıqlar diyarıdır, şairlər diyarıdır. Ona görə də gözəl şairimiz Sücaət 32 il bundan qabaq yazırdı: Sücaət, neyləyək, baxt belə baxtdır, Darıxma, hər şeyi həll edən vaxtdır. Bir gün gülə-gülə qayıdacaqdır, Ağlaya-ağlaya köçən Kəlbəcər. Bu hadisələrin səbəbkarı Sizsiniz. Sizə təşəkkür edirəm. Sağ olun, var olun. Həmişə sizin yanınızda durmalıyıq, bir olmalıyıq, yumruq kimi birləşməliyik. Böyük Qayıdışı başa çatdırmalıyıq. Mənim qızım hökümənin sözü olmasın: HƏR ŞEY YAXŞI OLACAQ" - sözləri ilə gələcəyə inamını ifadə edib.  Ajans.az həmin videonu sizlərə təqdim edir:

Seçilən
29
12
Ajans.az

10Mənbələr