AZ

Onların qanını yerdə qoymadıq... - VİDEO

Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

 

Modern.az xəbər verir ki, görüş zamanı şəhid qızı ilə ölkə başçısı arasında kövrək dialoq yaşanıb:

 

Qadın sakin: Mən Sizə təşəkkürümü bildirirəm. Atam 1993-cü ildə şəhid olub.

 

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

 

Qadın sakin: Bu gün Sizinlə, ailə üzvlərinizlə, dövlətimizlə fəxr edirəm. Ona görə ki, atamın şəhid olduğu bu torpağa mən bu gün Sizin sayənizdə ayaq basa bilmişəm, gələ bilmişəm. Sizə minnətdarlığımı bildirirəm. Bütün xalqımız Sizinlə qürur duyur. Hər zaman var olasınız.

 

Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayıb.

 

Qadın sakin: Qalmayıb, bəli, çox şükür.

 

Prezident İlham Əliyev: Onların qanını yerdə qoymadıq. Həm Birinci, həm İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını biz döyüş meydanında aldıq. Bu, bütün şəhid övladları üçün bir təsəllidir.

 

Qadın sakin: Bu gün biz qürur hissi ilə buradayıq, torpağımızdayıq. Sizin sayənizdə. Minnətdarıq Sizə.

 

 

Seçilən
11
15
modern.az

10Mənbələr