AZ

ABŞ bu ölkənin səmasında alovlanıb YERƏ ÇIRPILDI

ABŞ istehsalı olan "F/A-18 Hornet" qırıcısı Malayziya səmasında alovlanıb və yerə çırpılıb.

Publika.az xəbər verir ki, hadisə Kuantan şəhərindəki Sultan Hacı Əhməd Şah hava limanının uçuş-enmə zolağında baş verib.

Təyyarə havaya qalxan zaman alovlanıb və qısa uçuşdan sonra yerə çırpılıb. Məlum olub ki, hər iki pilot katapult etməyə müvəffəq olub və hazırda xəstəxanadadır.

Qırıcının qəzaya uğramasının səbəbləri araşdırılır.

Seçilən
48
publika.az

1Mənbələr