AZ

Nyu-York məhkəməsi Tramp barədə qərar verdi

Nyu-Yorkun Apellyasiya Məhkəməsi ABŞ Prezidenti Donald Trampı "Trump Organization" şirkətinin aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıq iddiası ilə bağlı 515 milyon dollar ödəməyə məcbur edən ştat məhkəməsinin qərarını ləğv edib.

Redaktor.az bu barədə "Associated Press" agentliyinə istinadla xəbər verir.

2024-cü ildə məhkəmə "Trump Organisation" aktivlərinin qiymətləndirilməsində saxtakarlıq iddiası ilə mülki işdə Trampı təqsirli bilib və ona təxminən 454 milyon dollar ödəməyə qərar verib. Faizləri nəzərə alsaq, bu məbləğ hazırda 515 milyon dolları keçib.

Apellyasiya Məhkəməsi belə bir nəticəyə gəlib ki, sözügedən cərimə bu iş üçün həddindən çoxdur və ABŞ Konstitusiyasının həddindən artıq cərimələri və sərt cəzaları qadağan edən 8-ci düzəlişini pozur.

Seçilən
23
redaktor.az

1Mənbələr