AZ

ABŞ “dron donanması” yaradır: Ukrayna təcrübəsi vacib ola bilər

Amerika Birləşmiş Ştatlarında insan iştirakı olmadan qrup şəklində hərəkət edə bilən avtonom hərbi-dəniz donanmasının yaradılması üzərində işlər aparılır.

Ekspertlər bildirirlər ki, Ukrayna Silahlı Qüvvələrinin dənizdə hücum dronlarından istifadə təcrübəsi amerikalılar üçün faydalı ola bilər.

Editor.az xəbər verir ki, bunu ehtiyatda olan 1-ci dərəcəli kapitan, keçmiş Ukrayna Hərbi Dəniz Qüvvələrinin qərargah müavini Andrey Rıjenko telemarafon efirində qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın maraq dairəsinə, o cümlədən Tayvan da daxildir və burada pilotsuz dəniz sistemlərinin rolu həlledici ola bilər.

Rıjenko həmçinin ABŞ mediasında yayılan, Kaliforniya sahillərində keçirilən dəniz dronları sınaqlarının uğursuz olduğu xəbərlərə münasibət bildirib və vurğulayıb ki, Ukraynanın hücum dəniz dronlarından istifadə təcrübəsi amerikalılar üçün xüsusi əhəmiyyət kəsb edə bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr