AZ

ÇSKA-dan İstanbul nəhənginə

 ÇSKA yarımmüdafiəçisi Matvey Kislyak karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "beIN Sports"a istinadən məlumatına görə, İstanbul təmsilçisi 20 yaşlı futbolçunu transfer hədəfləri siyahısına daxil edib. Türkiyə klubu artıq futbolçunun agenti ilə əlaqədə saxlayıb.

Mənbənin bildirdiyinə görə, futbolçunun ətrafı açıq şəkildə bildirib ki, Kislyak belə bir imkan yaranarsa, Türkiyə nəhənginə keçməyə müsbət yanaşır.

Bu mövsümdə Kislyak bütün turnirlərdə 8 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun ÇSKA ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.

Seçilən
7
90deqiqe.az

1Mənbələr