AZ

Trampın tərəfdarı: Rusiyaya NATO zv qəbul edək

ABŞ Rusiya ilə Ukrayna müharibəsinin Vaşinqtonun şərtləri əsasında nizamlanması üçün Moskvaya NATO-ya üzvlük təklif edə bilər. Ulusal.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq konqresmeni, prezident Donald Trampın tərəfdarı Mett Gets One America News telekanalındakı proqramında bildirib.

“Bir ideyam var: Rusiyaya NATO-ya üzvlük təklif edin”, – deyə Gets vurğulayıb.

Onun sözlərinə görə, bu addım “xoşməramlı jest” kimi yox, Trampın danışıqlarda istifadə edə biləcəyi güclü təzyiq vasitəsi kimi qiymətləndirilməlidir. Gets hesab edir ki, belə bir  təklif Moskvanın Vaşinqtona güzəştlərə getməsinə – döyüşlərin dayandırılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və Ukrayna ətrafındakı ərazi mübahisələrinin həlli məsələlərində – imkan yarada bilər.

Siyasətçi əlavə edib ki, mövqeyi radikal deyil və əvvəllər də müxtəlif baxışlara malik ekspertlər tərəfindən Rusiya–NATO tərəfdaşlığı ideyası müzakirə olunub.

Qeyd edək ki, bundan əvvəl sabiq ABŞ prezidenti Bill Klinton da hakimiyyəti dövründə Boris Yeltsinə Rusiyanın NATO-ya üzvlük imkanını təklif etdiyini açıqlamışdı. ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken isə bildirmişdi ki, 1990-cı illərdə Rusiya özü Qərbin alyansa üzvlük təklifindən imtina edib.

Seçilən
27
1
moderator.az

1Mənbələr