
“Çarpayıya uzanan kimi yuxuya getmək normal deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu terapevt və yuxu mütəxəssisi Sita Şah “Metro”ya müsahibəsində danışıb.
Həkim bildirib ki, normalda insanın yuxuya getməsi üçün 10-20 dəqiqə vaxt lazımdır:
“Daha uzun çəkərsə, bu, yuxusuzluq əlamətlərindən xəbər verə bilər. Ancaq başın yastığa dəyən kimi yuxuya getmək də normal hal deyil. Dərhal yuxuya gedənlər ehtiyatlı olmalıdırlar, çünki bu, yuxusuzluqdan, çox işləməkdən və tükənməyə qədər işləməkdən xəbər verə bilər”.