AZ

İŞIQ və QAZ PULU.. Sabit tariflər necə və nə vaxtdan hesablanacaq?

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Energetika nazirinin müavini Orxan Zeynalovun sözlərinə görə, sabit tarifə aid xərclər aktiv istifadəçilər tərəfindən artıq mövcud istehlak tarifləri daxilində ödənilir və bu yanaşma əsas əhali istehlakçıları arasında əlavə maliyyə yükü yaratmayacaq.

Mia.az-ın məlumatına görə, belə olan halda, sabit xərclərin mövcud tariflərdən ayrı tətbiqi məntiqlə elektrik və təbii qaz qiymətlərinin aşağı salınmasına gətirib çıxarmalıdır.

Həmçinin sabit tarifə aid xərclərin gələcəkdə istehlak edib-etməməsindən asılı olmayaraq bütün abonentlər arasında bölünməsi aktiv istifadəçilərin bu istiqamətdə məsrəflərinin azalması deməkdir.

Mia.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli Baku.TV-yə açıqlamasında belə düşünmədiyini deyir.

O hesab edir ki, sabit tarifin tətbiqi qiymətlərin daha aşağı templə artmasına imkan verə bilər: "Sabiq tarifin tətbiqi gələcəkdə qiymətlərin dəyişmə sürətini azaldacaq. Çünki xərclərinin bir hissəsini sabiq tarif vasitəsilə abonentlərdən əldə edən qurumlar ziyanlarının bir qismini kompensasiya etdiklərinə görə qiymət artımı sürətlə baş verməyəcək. Bu, enerjidən az istifadə edənlər üçün müsbət şərait yaradacaq".

Məsələyə Energetika Nazirliyindən aydınlıq gətirilib.

Qurumdan bildirilib ki, sabit tarifin tətbiqi üçün Tarif Şurasının qərarı olmalıdır. Hazırda bununla bağlı hər hansı müzakirə aparılmır: "Bununla belə, sabit tarifin gələcəkdə tətbiqinə müəyyən xərclərin elektrik enerjisi və təbii qaz tariflərindən ayrılması kimi yox, mövcud tarifin tərkibində strukturlaşdırılma kimi baxılması daha doğrudur. Sabit tarifin gələcəkdə tətbiq olunması ilə istehlakçılar üçün mövcud tarif yükünün çox cüzi də olsa azalmasına iqtisadi zəmin yaranması ehtimalı var".

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
22
mia.az

10Mənbələr