Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Britaniyanın "The Beatles" rok qrupunun yeni "Anthology 4" albomu "Liverpul dördlüyü" haqqında sənədli film seriyasının genişləndirilmiş versiyası ilə birlikdə payızda buraxılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə musiqiçi Pol Makkartni "Instaqram" səhifəsində məlumat paylaşıb.
"The Beatles"in öz sözləri ilə hekayəsi. "Anthology 2025" - musiqi, kitab və "Disney+"da seriya bu ilin payızında işıq üzü görəcək", - deyə bəyanatda bildirilir.
"Sky News" telekanalının məlumatına görə, albom mahnıların, seans yazılarının və əvvəllər yayımlanmamış treklərin 13 demo versiyasından ibarət olacaq.
Yeni albom 1995-1996-cı illərdə "Anthology"nin ilk üç hissəsinin buraxılmasından təxminən 30 il sonra işıq üzü görəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.