AZ

Tramp administrasiyası 55 milyon viza sahibini qanun pozuntularına görə yoxlayacaq

Prezident Donald Trampın administrasiyası ABŞ vizasına malik 55 milyondan çox insanı ölkədən deportasiya ilə nəticələnə biləcək pozuntulara görə yoxlayacaq.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin sözlərinə istinad etdiyi Dövlət Departamenti müddəti bitdikdən sonra ölkədə qalma əlamətləri, cinayətlər, ictimai təhlükəsizliyə təhdidlər, hər hansı bir formada terror fəaliyyətində iştirak və ya terror təşkilatlarına dəstək olduğu təqdirdə vizaları ləğv etməyə hazırdır.

Seçilən
19
1
report.az

2Mənbələr