Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kolumbiyanın Kali şəhərində aviabazanın yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.
"Kali növbəti dəfə narkotik-terror hücumunun qurbanı oldu. Bir neçə dəqiqə əvvəl aviabazanın yaxınlığında yük avtomobili partladı", - şəhərin meri Alexandro Eder deyib.
Eder bundan başqa hücuma görə məsuliyyət daşıyanların tapılmasına kömək edəcək məlumatlara görə mükafat elan edib.
Şəhərdə həmçinin yük avtomobillərinin saat 04:00-a qədər hərəkətinə məhdudiyyət qoyulub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.