AZ

“Neftçi” ilə matçda aranı qatdı, 4 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi "Zirə-2"nin futbolçusu Murad Ələkbərovu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, komitənin bugünkü iclasında belə qərar qəbul edib.

Əvəzedicilər liqasının 1-ci turunun “Zirə-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində “Zirə-2”nin 27 nömrəli futbolçusu Murad Ələkbərov təcavüzkar davranışa (rəqibi vurub) yol verib.

Buna görə də o, birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandıılıb, “Zirə-2” isə 300 manat cərimə edilib.

Sözügedən görüş “Neftçi-2” 1:0 hesablı qələbə qazanıb.

Seçilən
21
sportinfo.az

1Mənbələr