AZ

Krispi albalı piroqu McDonald s dakı kimi: Əfsanəvi desertin resepti

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

McDonald's-ın məşhur, xırtıldayan albalı piroqunu ev şəraitində hazırlamaq mümkündür.

Milli.Az xəbər verir ki, ukraynalı yemək blogeri Alina Karpyukun sadə resepti ilə bu dadlı deserti rahatlıqla bişirə bilərsiniz.

McDonald's üslubunda albalı piroqu - Asan resept

Tərkibi:

Filo (phyllo) xəmiri - çox incə qatlara ayrılan hazır xəmir

Çəyirdəksiz albalı - 300 q

Şəkər - 100 q

Qarğıdalı nişastası - 20 q

Su - 60 ml

Qızartmaq üçün duru yağ

Hazırlanma qaydası:

Albalı içliyi hazırlayın:

Çəyirdəksiz albalını qazanda şəkər, nişasta və su ilə birlikdə qarışdırın. Davamlı qarışdıraraq qatılaşana qədər bişirin.

Xəmiri doldurun:

Filo xəmirini defrost edin (əridin), içlikdən xəmirin üzərinə qoyun və rulet kimi bükün. Kənarlarını su ilə isladaraq yapışdırın ki, açılmasın.

Qızardın:

Tavaya bol yağ tökün, qızdırın və piroqu hər iki tərəfindən qızıl rəng alana qədər qızardın.

Yağını süzün:

Qızardıqdan sonra piroqu kağız dəsmal üzərinə qoyun ki, artıq yağı çəkilsin.

Nuş olsun!

İsti-isti, McDonald's-dakı kimi xırtıldayan və şirin desertin dadını çıxarın.

Bu resept həm asandır, həm də nostalji və dadlı bir seçimdir! İstəsəniz, içliyi müxtəlif meyvələrlə də dəyişə bilərsiniz - alma, böyürtkən və ya şaftalı kimi.

Kənan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
news.milli.az

1Mənbələr