AZ

UEFA “Barselona”nın müraciətinə “hə” dedi

UEFA “Barselona”ya Çempionlar Liqasındakı ilk oyununu səfərdə keçirməyə icazə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilib ki, “Kamp Nou” stadionunda işlər başa çatmadığından komanda ilk oyununu səfərdə keçirmək istəyib. UEFA da Kataloniya klubunun müraciətini müsbət qarşılayıb.

Beləliklə, “Barselona” qrup mərhələsində ev oyununa yalnız sentyabrın sonunda çıxacaq. Bu da “Kamp Nou”nun turnirə tam hazır olmasına imkan yaradacaq.

Qaydalara əsasən, Çempionlar Liqasının qrup mərhələsində bütün ev oyunları eyni arenada keçirilməlidir. Bu səbəbdən İspaniya təmilçisi əgər “Kamp Nou” vaxtında hazır olmasa, bütün 4 ev oyununu “Olimpik Lluís Companys” stadionunda keçirməlidir.  

Qeyd edək ki, Çempionlar Liqasında 2025/2026 mövsümünün püşkatması avqustun 28-də atılacaq.

 

Seçilən
7
1
qafqazinfo.az

4Mənbələr