İqlim fəalı və Kral Çarlza 30 il məsləhətçilik etmiş Conatan Porritt “Əl-Cəzirə”yə verdiyi müsahibədə, Böyük Britaniyanın İsrailin Qəzzadakı hərəkətlərinə dəstək verdiyini və bu səbəbdən münaqişəyə cəlb olunduğunu bildirib.
Moderator.az xəbər verir ki, “Əl-Cəzirə”nin məlumatında deyilir ki, Londondan 75 yaşlı iqlim fəalı Conatan Porritt Böyük Britaniyada Qəzza və Fələstin Hərəkatına dəstək verən bir çox şəxsin arasında yer alır.
O, bu ayın əvvəlində, İsrailin fələstinli əks-düşüncəlilərə qarşı tətbiq etdiyi repressiyalarla bağlı etiraz edərkən həbs edilib. Həbs səbəbi olaraq, "Genosidə qarşıyam, Fələstin Hərəkatını dəstəkləyirəm" yazılmış plakat tutması göstərilir.
Porritt Kral Çarlza 30 il ərzində ətraf mühit məsələlərində müşavurlik edib, həmçinin sabiq baş nazir Toni Bleyer tərəfindən yaradılan Dayanıqlı İnkişaf Komissiyasının rəhbəri olub və "Earth Friends" təşkilatında fəaliyyət göstərib. O, 2000-ci ildə “CBE” ordeni ilə mükafatlandırılıb.
Porritt “Əl-Cəzirə” müxbiri ilə müsahibəsində Böyük Britaniyanın İsrailə dəstək verərək Fələstini, Qəzzanı hədəf alması və hərbi sənaye ilə əlaqələrinin iqlim dəyişikliklərinə təsiri barədə danışıb. O həmçinin Fələstin Hərəkatının terror təşkilatı olaraq qəbul edilməsinin əsasən hökumətin soyqırımı fəaliyyətləri barədə ictimaiyyəti məlumatlandırmamaq üçün edildiyini vurğulayıb.
Porritt bildirib: "Böyük Britaniya, İsrailin Qəzzaya etdiyi hücumların davam etməsinə imkan verən silah satışlarını davam etdirməkdə, bununla da birbaşa soyqırımı dəstəkləyir. Buna görə də hökumət, Fələstin Hərəkatını susdurmaq üçün onu terror təşkilatı kimi qeyd edib."
Həbsindən sonra başlanan mübahisələr, əslində, daha geniş siyasi bir məsələni gündəmə gətirib: "Böyük Britaniyada İsrailin Fələstinə qarşı təcavüzləri ətrafında susmağa razı olmayanların səsini boğmağa çalışan bir hökumət var."
S.Laçın