“Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Azərbaycan-Ermənistan qarşıdurmasına son qoyur”.
Bu fikirləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirib.
“Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi”, - deyə dövlət başçısı bildirib.