Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ və Avropa ölkələri Ukraynadakı münaqişənin aradan qaldırılması üzrə danışıqları dəstəkləyəcək hərbi variantlar hazırladıqlarını bəyan ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
"Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna, ABŞ-nin baş qərargah rəisləri və NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı avqustun 19-20-də Vaşinqtonda görüşüblər. Baş qərargah rəisləri danışıqları dəstəkləmək və Avropada davamlı sülhü təmin etmək üçün hərbi variantlar hazırlayıblar", - deyə tərəflərin birgə yazılı bəyanatında bildirilir.
Bəyanatda hansı konkret variantların nəzərdə tutulduğu dəqiqləşdirilmir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.