AZ

KİV: ABŞ və Avropa Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyat variantlarını hazırlayır

ABŞ və bir sıra Avropa ölkələrinin silahlı qüvvələrinin rəhbərləri cümə axşamı öz milli təhlükəsizlik müşavirlərinə Ukraynanın təhlükəsizliyinə zəmanət variantlarını təqdim ediblər.

APA xəbər verir ki, bu haqda “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, Pentaqonun bəyanatına əsasən, amerikalı və avropalı planlaşdırma üzrə mütəxəssisləri müttəfiqlərin milli təhlükəsizlik üzrə müşavirləri tərəfindən müvafiq şəkildə nəzərdən keçirilməsi üçün hərbi əməliyyat variantları hazırlayıblar.

ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Britaniya və Ukraynanın müdafiə nazirliklərinin rəhbərləri çərşənbə axşamından cümə axşamına kimi Vaşinqtonda bir sıra görüşlər keçiriblər.

Vəziyyətlə tanış olan mənbə bildirib ki, ABŞ dövlət katibi Marko Rubio cümə axşamı avropalı həmkarları ilə variantları müzakirə etmək üçün konfrans keçirib.

Mənbələrdən biri planlaşdırmanın davam etdiyini bildirib və əlavə edib ki, Vaşinqton hələ də rolunun miqyasını müəyyənləşdirir.

Seçilən
12
apa.az

1Mənbələr