AZ

Şəkidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlandı

BAKI, 22 avqust. TELEQRAF

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Teleqraf xəbər verir ki, məlumatıDİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu yayıb.

Keçirilən əməliyyat tədbirləri zamanı Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb. Onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

Məhkəmənin qərarı ilə P.Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
94
28
teleqraf.com

10Mənbələr