sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bu gün keçiriləcək 2 oyunla Misli Premyer liqasında II tur start götürəcək. Sport24.az xəbər verir ki, günün ilk matçı Şamaxıda baş tutacaq.
Stadion problemi səbəbindən ev oyunlarını qədim Şirvanın paytaxtında keçirən "İmişli" "Neftçi"ni qəbul edir.
Mövsümün ilk həftəsi hər iki komanda üçün o qədər də uğurlu alınmayıb. Elitanın debütantı "Turan Tovuz" məğlub olubsa, "ağ-qaralar" "doğma divarlar" arasında "Şamaxı" ilə "sülh" bağlayıb. Odur ki, hər iki kollektiv meydana 2025/26 "futbol ili"ndə ilk qələbəsini rəsmiləşdirmək üçün çıxacaq.
Qeyd edək ki, matçın start fiti saat 17:00-da səslənəcək
Misli Premyer Liqası
I dövrə, II tur
17:00. "İmişli" - "Neftçi"
"İmişli" – "Neftçi"Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam MəmmədovVAR: Rəvan HəmzəzadəAVAR: Cəmil QuliyevHakim-inspektor: Munis AbdullayevAFFA nümayəndəsi: Asif ƏliyevŞamaxı. şəhər stadionu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.