AZ

London metrosunda yeddigünlük tətil keçiriləcək

London Metropolitenində işçilər sentyabrın 5-dən etibarən yeddi gün davam edəcək tətil aksiyasına başlayacaqlar.

“İki sahil” “Sky News”a istinadla xəbər verir ki, tətil dəmir yolu, dənizçilik və nəqliyyat işçilərini birləşdirən RMT həmkarlar ittifaqının maaş və əmək şəraiti ilə bağlı tələblərinin yerinə yetirilməməsi səbəbindən elan olunub. Həmkarlar ittifaqı bildirib ki, rəhbərlik maaş, növbə qrafiki, iş həftəsinin azaldılması və yorğunluğun idarə olunması ilə bağlı tələblərə ciddi yanaşmayıb. Bundan əlavə, RMT üzvləri Londonun Doklands dəmir yolu xəttində də 7 sentyabr həftəsindən başlayaraq ayrıca tətil keçirəcəklər.

RMT-nin baş katibi Edi Dempsi açıqlamasında deyib ki, təşkilatın üzvləri Londonun hərəkətdə qalması üçün çətin iş rejimində böyük fədakarlıq göstərirlər:

“Onlar qeyri-real tələblər irəli sürmürlər, sadəcə, yorğunluq və ağır növbə sistemi onların sağlamlığına ciddi təsir edir. London Metropoliteni rəhbərliyi bu məsələləri illərdir yetərincə həll etmir. Bundan başqa, işçi səyahət qaydaları ilə bağlı da həllini tapmayan problemlər var ki, bu da etimadsızlıq mühiti yaradıb”,- deyə o qeyd edib.

Seçilən
8
2
ikisahil.az

3Mənbələr