AZ

Çilidə 7,5 maqnitudalı zəlzələ olub Sunami XƏBƏRDARLIĞI

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Cənubi Amerika ölkəsi olan Çilinin cənubunda güclü zəlzələ qeydə alınıb.

BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, yerli vaxtla qeydə alınan təkanların maqnitudası 7,5 olub. Zəlzələnin episentri Çili Antarktika Yarımadası sahillərində, Dreyk boğazında yerləşib.

Yer təqribən 10,8 kilometr dərinlikdə silkələnib. Güclü təkanlar Çili və Argentinanın bir sıra şəhərlərində də hiss edilib.

Hadisədən sonra Çili Donanmasının Hidroqrafiya və Oşinografiya Xidməti (SHOA) sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb. Xidmət sahil zolaqlarının, qayalı sahillərin, sulak ərazilərin, çay mənsəblərinin, marinaların, balıqçı dayanacaqlarının, limanların və körpülərin təxliyə olunması barədə göstəriş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
1
baku.ws

2Mənbələr