Mosvka CSKA-sının yarımmüdafiəçisi Matvey Kislyak karyerasını Türkiyədə davam etdirməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "BeIN Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 20 yaşlı rusiyalı futbolçu Rusiya klubunun rəhbərliyinə rəsmi təklif daxil olacağı halda transferə razılıq verəcəyini bildirib.
2025/26 mövsümündə Kislyak 5 oyunda meydana çıxıb, 1 qol vurub və 3 qol ötürməsi edib.