AZ

Bu dərmanlar pulsuz veriləcək

Gələn ildən bəzi dərmanlar sığorta hesabına veriləcək.

NOCOMMENT.az bildirir ki, bu barədə Xəzər TV məlumat verir.

2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi Sevil Əliyevanın sözlərinə görə, xidmət elektron resept əsasında həyata keçiriləcək. Vətəndaşlar agentliyin müqavilə bağladığı özəl apteklərdən birinə yaxınlaşaraq həmin dərmanları ala biləcəklər.

O da qeyd olunub ki, özəl apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar asanlıqla tapa bilsinlər.

Seçilən
24
8
nocomment.az

10Mənbələr