AZ

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

 

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

 

Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Seçilən
12
38
senzor.az

10Mənbələr