AZ

Ən bahalı qadın futbolçu oldu

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qadın futbolunda yeni transfer rekordu qeydə alınıb.

Milli.Az xəbər verir ki, Lizbet Ovalle "Orlando Prayd"a keçib.

Meksika yığmasının üzvü Lizbet Ovalle qadın futbolunda tarixi transferə imza atıb. O, ölkəsinin "Tiqres" klubundan ABŞ-ın "Orlando Prayd" komandasına rekord məbləğ qarşılığında transfer olunub.

Bu keçid üçün 1,5 milyon dollar ödənilib. Beləliklə, Ovalle qadın futbolu tarixində ən bahalı transferin müəllifi olub.

Xatırladaq ki, bundan öncə rekord iyul ayında qeydə alınmışdı. Həmin vaxt kanadalı Oliviya Smit İngiltərənin "Liverpul" klubundan "Arsenal"a 1,3 milyon dollara transfer olunmuşdu.

Hüseyn

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
2
news.milli.az

3Mənbələr