AZ

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi - Foto

Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü  Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.


Seçilən
28
38
qafqazinfo.az

10Mənbələr