AZ

Qızılın qiyməti bahalaşıb

 

Qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti  0,29% azalaraq 3371.80 ABŞ dollarına bərabər olub. Bu barədə birja məlumatlarında qeyd olunub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,15% azalaraq 38.52 ABŞ dolları olub.

 

2024-cü ildə ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

Cari ilin iyununda Azərbaycan 22,97 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 81,4 % çoxdur.

6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin II rübündə 15,8 ton qızıl alıb.

Fonddan verilən məlumata görə, 1 iyul tarixinə investisiya portfelində qızılın xüsusi çəkisi 28,8%-ə çatıb. Bu göstərici aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur.

Artım həm qızıl alışları, həm də beynəlxalq bazarlarda qiymətlərin yüksəlməsi ilə izah olunur.

Aytac

Seçilən
0
7
anews.az

10Mənbələr