AZ

Ağdam sakini 58 kq narkotiklə tutulub

Ağdam

Ağdam sakini 58 kq narkotiklə tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, əməliyyatla Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb.

Arşadırma zamanı onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu vəsatış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

Məhkəmənin qərarı ilə P.Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Seçilən
157
1
reyting.az

3Mənbələr