AZ

Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb

Kəlbəcərdə 3-cü yaşayış kompleksində 476 mənzilin inşası planlaşdırılıb. Bu barədə Kəlbəcər parkına media-tur zamanı jurnalistlərə məlumat verilib.

Məlumata görə, kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcərdə  4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Ötən il ölkə ərazisində məskunlaşmış 2 615 ailə olmaqla 10 min 233 nəfər Qarabağ və Şərqi Zəngəzura köçürülüb. Hazırda sözügedən ərazilərdə 30 min nəfərdən çox şəxs yaşayır.

Aytac Zeynalova

Seçilən
3
anews.az

1Mənbələr