AZ

Birinci yarımildə Türkmənistandan Azərbaycana gələn turistlərin sayı artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Türkmənistandan Azərbaycanasəfər edənlərin sayı 15 579 nəfər olub.

Trend bubarədə Dövlət Turizm Agentliyindən məlumat əldə edib.

Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq dövrü iləmüqayisədə 183 nəfər və ya 1,2% artıb. Belə ki, 2024-cü ilin ilkaltı ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 15 396nəfər idi.

Ümumilikdə isə 2025-ci ilin yanvar-iyun aylarında AzərbaycanRespublikasına dünyanın 178 ölkəsindən 1,2 milyon və ya əvvəlkiilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi vəvətəndaşlığı olmayan şəxs gəlib.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin74,3 faizi hava, 24,3 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isədəniz nəqliyyatından istifadə edib.

Məqalədə:
Seçilən
24
3
az.trend.az

4Mənbələr