ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Neftçi"nin maraqlandığı daha bir futbolçunun adına aydınlıq gəlib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib. "Ağ-qaralar" hazırda azad agent olan 30 yaşlı boliviyalı yarımmüdafiəçi Boris Çespedeslə danışıqlara başlamaq istəyirPaytaxt təmsilçisi Boliviya millisində 19 oyun keçirən oyunçu ilə bu ilin yanvarında da maraqlanıb. Lakin həmin vaxt onun İsveçrənin "İverdon" klubu ilə müqaviləsi olub. Qeyd edək ki, "Neftçi" heyətinə daha iki oyunçu qatmaqla transfer dönəmini yekunlaşdırmaq istəyir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.