Xəzər Universiteti infrastrukturu genişləndirmək məqsədilə Buzovna qəsəbəsində 27 hektarlıq ərazi əldə edərək yeni korpusun tikintisinə başlayıb.
Korpusun tikilib istifadəyə verilməsi nə zamana planlaşdırılır?
Mövzu ilə bağlı AzEdu.az Xəzər Universitetinə sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, korpusun təmirinə iyun ayında başlanılıb:
“Korpusun noyabr–dekabr aylarında tamamlanması nəzərdə tutulur. Hazırda orada Baytarlıq fakültəsinin tədrisi planlaşdırılır. Eyni zamanda, korpusda Baytarlıq klinikası da fəaliyyət göstərəcək", - deyə universitetdən məlumat verilib.