AZ

Babayev dövlət şirkətlərinin sədri təyin edilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurası yenidən formalaşdırılıb.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Şuranın sədri təyin edilib.

AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş hüquq inzibatçısı Toğrul Quluzadə isə Şuranın üzvləri seçiliblər.

"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası da yenidən formalaşdırılıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Müşahidə Şurasında dəyişiklik edilib.

ADY-dən bildirilib ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) icraçı direktoru Şahin Babayev, onun müavini Vüqar Mirzəzadə, eləcə də "AZCON Holding"in baş maliyyə inzibatçısı Taylan Tekeli Şuranın üzvləri təyin olunub.

İndiyə qədər Şuranın üzvləri Azərbaycanm İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəis müavini Cəfər Babayev idi.

© Report

Seçilən
39
27
marja.az

10Mənbələr